"Qarabağ"ın sabiq qapıçısı Səudiyyə Ərəbistanı klubuna keçdi
    • 31-07-2023, 23:52
    • 385

"Qarabağ"ın sabiq qapıçısı Səudiyyə Ərəbistanı klubuna keçdi

Türkiyə "Konyaspor"unun qapıçısı İbrahim Şehiç karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.

News24.az-ın məlumatına görə, bosniya və herseqovinalı qolkiper bu ölkənin "Əl-Halic" komandasına keçib.

35 yaşlı oyunçu tezliklə Seyhət şəhərinin təmsilçisi ilə rəsmi müqavilə imzalayacaq.

Qeyd edək ki, İbrahim Şehiç 2015 - 2018-ci illərdə "Qarabağ"ın formasını geyinib. O, "Konyaspor"da 2020-ci ilin yayından çıxış edirdi.