"Qarabağ"ın braziliyalı futbolçu üçün ödədiyi məbləğ bəlli olub
    • 18-07-2022, 10:13
    • 333

"Qarabağ"ın braziliyalı futbolçu üçün ödədiyi məbləğ bəlli olub

"Qarabağ"ın yeni transferi Julio Roman üçün Portuqaliyanın "Santa Klara" klubuna ödədiyi məbləğ bəlli olub.

News24.az "Report"-a istinadən xəbər verir ki, Portuqaliya təmsilçisi 24 yaşlı yarımmüdafiəçinin keçidi üçün təxminən 200 - 300 min avro arası qazanacaq.

Qeyd edək ki, "köhlən atlar" braziliyalı oyunçu ilə 4 illik müqavilə imzalayıb. Julio Roman 2020-ci ilin avqustundan "Santa Klara"nın formasını geyinib. Oyunçu bu müddət ərzində 20 oyunda meydanda olub.