Tonoyandan ŞOK ETİRAF: müharibə başlayan gün...
    • 1-08-2023, 12:12
    • 814

Tonoyandan ŞOK ETİRAF: müharibə başlayan gün...

Ermənistanın keçmiş müdafiə naziri David Tonoyan 44 günlük müharibənin şəraitini öyrənmək üçün ölkə parlamentində yaradılan komissiyada dindirilir.

News24.az “Hraparak”-a istinadla xəbər verir ki, keçmiş nazir hazırda sualları cavablandırır.

Tonoyan müharibə başlayanda harada olmasına aydınlıq gətirib.

“25 sentyabr 2020-ci ildə Rusiya Federasiyasına hərbi təlimlərə göndərildim. Sentyabrın 25-dən 26-na keçən gecə silah və hərbi texnikanın tədarükünü təşkil etmək məqsədi ilə yenidən işgüzar səfər çərçivəsində Aİ və NATO üzvü olan ölkədə oldum. Ayın 26-da axşam, müharibə başlamazdan əvvəl, mən təyyarədə idim, Qazaxıstana ezamiyyətimi davam etdirirdim, oradan danışıqların iştirakçıları götürülməli və silah və hərbi texnikanın alınması davam etdirilməli, bununla bağlı məsələlərlə bağlı danışıqlar aparılmalı idi. 

Eniş anında, ayın 27-si səhər saatlarında Baş Mühafizə İdarəsinin rəisi tərəfindən telefonları birləşdirmək mümkün olduqda dərhal mənə məlumat verildi. Bundan sonra Ermənistan baş naziri ilə söhbətim oldu. Koronavirusun pis vəziyyətini nəzərə alaraq, iki-üç saat ərzində güclə təyyarə tapdıq ki, Ermənistana qayıda bildim. Qayıdışım maneələrlə oldu, amma bu barədə qapalı iclasda danışacağam. Mən Gürcüstan vasitəsilə qayıtdım. Sentyabrın 28-də səhər saat 4-də mən İrəvanda idim”, - Tonoyan bildirib.

Xatırladaq ki, Davit Tonoyan yararsız raketlər məsələsində dövlətin təxminən dörd milyon yarım dollarını mənimsəməkdə ittiham olunur.

Akqabay