Tonoyan niyə peşman oldu? - Paşinyan dindirilməyə getməzdən əvvəl...
    • 28-07-2023, 10:40
    • 169

Tonoyan niyə peşman oldu? - Paşinyan dindirilməyə getməzdən əvvəl...

“Bir il yarım həbsdə olan keçmiş müdafiə naziri Davit Tonoyan avqustun 1-i və 2-də parlamentin 44 günlük müharibənin şəraitini öyrənən istintaq komissiyasının iki iclasında iştirak edəcək. Tonoyan parlamentə cəzaçəkmə müəssisəsinin əməkdaşlarının müşayiəti ilə gələcək”. 

News24.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti yazır.

Nəşrin mənbəsi bildirir ki, sessiya qapalı formatda keçiriləcək, baş nazir Paşinyanın iştirakı zamanı olduğu kimi onlayn yayımlanmayacaq.

Bu arada komissiyanın sədri Andranik Köçəryan bir müddət əvvəl bildirib ki, onlar Tonoyanla razılaşdıqdan sonra sessiyanın açıq və ya qapalı formatda keçirilməsinə qərar verəcəklər. Bu isə o deməkdir ki, sabiq nazir qapalı formatın əleyhinə deyil. Lakin Paşinyan komissiyaya getməzdən əvvəl Tonoyan iştirak üçün şərt qoyub ki, Paşinyan iştirak edəcək və sessiya açıq olacaq. “Bəlkə Paşinyanın iştirakından sonra fikrini dəyişib? Bəziləri onun bu yolla hakimiyyətin ona münasibətini yumşaltmağa və Paşinyanla üz-üzə gəlməməyə çalışdığını istisna etmir”, - qəzet yazıb.

Akqabay