Türkiyədə çimərliklər BAĞLANDI
    • 1-08-2023, 12:39
    • 164

Türkiyədə çimərliklər BAĞLANDI

İstanbulun şimal-şərqində yerləşən Qara dəniz sahilindəki Şilə kurortunun bütün çimərlikləri bu gün bağlanıb.

News24.az xəbər verir ki, bu barədə “RİA Novosti” Şilə polisindəki mənbəyə istinadən məlumat yayıb.

Bildirilib ki, buna səbəb 28 minanın aşkarlanmasından sonra əraziyə baxışın davam etdirilməsidir.

İyulun 31-də Qara dənizin İstanbul yaxınlığındakı Şilə limanında ən azı 28 partlamamış mina aşkar edildikdən sonra çimərlik bağlanıb.

“Hazırda Şilənin bütün çimərlikləri bağlıdır. Açılma tarixi hələ məlum deyil. Mütəxəssislər əraziyə baxışı davam etdirirlər. Həm köhnə, həm də yeni minalar tapılıb”, - deyə agentliyin həmsöhbəti bildirib.

O, 28-dən çox mina ola biləcəyini istisna etməyib.

Bundan əvvəl səlahiyyətlilər dalğıcların dənizdən 8 minanı çıxara bildiyini açıqlamışdı.

Akqabay