Fransada həbsxanaların sayı REKORD HƏDDƏ ÇATIB
    • 1-08-2023, 13:32
    • 184

Fransada həbsxanaların sayı REKORD HƏDDƏ ÇATIB

Fransa həbsxanalarında tənzimlə mexanizminnə təcili şəkildə ehtiyac var.


News24.az xəbər verir ki, bu barədə Fransa parlamenti xəbərdarlıq edib.

Fransa Ədliyyə Nazirliyinin açıqladığı rəsmi statistikaya görə, Fransada əvvəlkindən daha çox insan (74 513) həbsdədir. Ölkə 2022-ci ilin sonundan demək olar ki, hər ay altı dəfə öz həbsxana rekordunu qırıb.
 

Ölkə həbsxanalarında doluluq o həddə gəlib çatıb ki, Avropa İnsan Haqları Məhkəməsi sistemi “struktur”u həddən artıq sıxlıq səbəbilə pisləyib. 32 məhbusu “fundamental hüquqların ciddi şəkildə pozulmasına” görə 25.000 avroya qədər təzminat ödəməyə məcbur edib.
 
Həbsxana sistemindəki izdihamı aradan qaldırmaq üçün COVID-19 epidemiyası səbəbiylə 2020-ci ildə təxminən 10,000 məhbus azad edildi. 
Bütün penitensiar sistem üzrə doluluq 122,8 faiz təşkil edərək, məhkumların olduğu müəssisələrdə 146,3 faizə yüksəlib. Nəticədə 2478 məhbus yatmaq üçün uyğun çarpayı belə tapmır və döşəmədə yatmağa məcbur olur.
 
Məhbusları müdafiə edən “Observatoire International des Prisons” qrupu xəbərdarlıq edib ki, səlahiyyətlilər 2024-cü ildə Parisdə keçiriləcək Olimpiya Oyunları üçün "sıfır cinayət" siyasəti davam etdiyi müddətcə, sıxlıq daha da pisləşəcək.

 Arzu