Amerika qitəsinin ən böyük həbsxanasından YENİ FOTOLAR
    • 16-03-2023, 13:04
    • 168

Amerika qitəsinin ən böyük həbsxanasından YENİ FOTOLAR

Amerika qitəsinin ən böyük həbsxanası adlandırılan El Salvadordakı "meqa" həbsxanaya daha 2000 məhbus aparılıb.

News24.az xəbər verir ki, yeni transfer ilə həbsxananın doluluq nisbəti 10 faizə çatıb. “Terror həbsxanası” da adlandırılan Tekoluka bölgəsindəki tikili insan haqları təşkilatları tərəfindən tənqid edilib.

40 min nəfərlik tutu olduğu iddia edilən həbsxanaya ilk transfer fevralın sonunda baş tutub. İkinci köçürmə ilə məhbus sayı 4000-ə yüksəlib. 

Ölkənin müdafiə naziri Rene Fransis Marino bildirib ki, təhlükəsizliyin təmin edilməsinə 1200 əsgər cəlb olunub.

Sözügedən həbsxana 163 hektar ərazidə tikilib. /CNN Türk/

Teymur MƏMMƏDOV