“Qarabağ klanının toqquşma planı var, provokasiyalara aldanmamalıyıq” - ŞƏRH
    • 1-08-2023, 15:28
    • 280

“Qarabağ klanının toqquşma planı var, provokasiyalara aldanmamalıyıq” - ŞƏRH

"Qarabağa “humanitar yardım”ın göndərilməsi hakimiyyətin növbəti antirusiya şousu idi. Ermənistanda Akkreditə olunmuş diplomatların Kornidzoru ziyarət etməsi isə bu şouda “kütləvi səhnə” idi".

Bunu erməni politoloq Benyamin Matevosyan deyib. Politoloq xatırladıb ki, Qarabağa “humanitar yük”ün göndərilməsinə Moskvada baş tutan üçtərəfli görüşdən sonra qərar verilib.

Politoloq Qabil Hüseynli News24.az-a açıqlamasında Matevosyanın fikirlərinə münasibət bildirib.

O qeyd edib ki, bu addım həqiqətən də Ermənistan hakimiyyətinin Rusiyaya qarşı növbəti şou xarakterli kampaniyası idi: “Təəssüflər olsun ki, Avropanın və ABŞ-nin səfirləri də bu oyuna qoşuldular. Bütün bunlar göstərir ki, Ermənilər sülhə can atdığını bəyan etsə də, hiyləgər formada əlaltından sülh yaratma prosesinin pozulması üçün əlləşirlər. Onlara dəstək verən Qərbi və Rusiyanı ciddi sürətdə aldadırlar”. 

Q.Hüseynli əlavə edib ki, Qarabağ klanının toqquşma planı var: “Ancaq fikrimcə, Azərbaycan hakimiyyəti bu varianta getməyəcək. Bizə Qarabağda suveren hüquqlarımızı tam bərpa etmək lazımdır. Bunun üçün də müəyyən siyasi həmlələr etməliyik. 

Maksimum ehtiyatlı olmalıyıq, provokasiyalara aldanmamalıyıq. Bu provokasiyaları bəzən beynəlxalq hüququn müddəalarına da sığışdırırlar. Uyğun bir kompromis variantını hazırlayıb, həyata keçirməliyik”.