“Ermənistanın sülhdən qaçmasında bu ölkələrin əli var” – Politoloq pərdəarxası detallardan danışdı
    • 19-07-2023, 15:05
    • 198

“Ermənistanın sülhdən qaçmasında bu ölkələrin əli var” – Politoloq pərdəarxası detallardan danışdı

“Ermənistanın davamlı təxribat xarakterli addımları onların ənənəvi siyasətidir”. 

Bu fikri News24.az-a açıqlamasında politoloq Elçin Mirzəbəyli deyib. 

O bildirib ki, Ermənistan 30 ildir ki, münasibətləri gərginləşdirib, atəşkəsi pozmaqla prosesi sıfır nöqtəsinə qaytarmaq istəyib: “İndiki şəraitdə Ermənistan gündəmi dəyişməyə cəhd göstərir. Çünki Qarabağı Azərbaycanın ərazi bütövlüyünün tərkib hissəsi kimi tanıyıb. Belə olduğu təqdirdə sülh prosesinin irəliləməsi üçün ciddi maneələr qalmır. Amma qarşı tərəfin məqsədi bundan ibarət deyil. Ermənistan bu addımları yalnız zəif durumda olduğu üçün atmaq məcburiyyətində qalıb. İndiki şəraitdə onlar nəyin bahasına olursa-olsun, insan hüquqları və azadlıqları kontekstindən Azərbaycan ərazilərində yaşayan erməni sakinləri gündəmə gətirməklə ölkəmizin suverenliyinə müdaxilə imkanlarını qoruyub saxlamaq istəyirlər”.

Politoloq qeyd edib ki, Ermənistan Rusiyanın və İranın köməkliyi ilə prosesin uzadılmasına cəhd göstərir: “Avropa İttifaqının, ABŞ-nin, Fransanın, Rusiyanın və İranın proseslərlə bağlı yanaşması fərqlidir: “Bu ölkələr sülh prosesinin tam başa çatmasını arzulamırlar. Ermənistanın sülhdən qaçmasında bu ölkələrin əli var. Sülh prosesinin tamamlanması və münaqişə ehtimalının aradan qalxması o deməkdir ki, ölkələrin regional təhdid imkanları minimuma enir. Ermənistan da həmin ölkələrin stimullaşdırıcı addımları ilə təxribatlar törədir”.