Sosial media fenomeni aclıqdan öldü
    • 1-08-2023, 17:47
    • 175

Sosial media fenomeni aclıqdan öldü

Veqan qidalanma tərəfdarı və sosial media fenomeni 39 yaşlı Canna Samsonova Cənub-Şərqi Asiyaya səfəri zamanı yalnız ekzotik meyvə pəhrizi yeməsi nəticəsində aclıqdan ölüb.

News24.az xəbər verir ki, 39 yaşlı Rusiya vətəndaşı, sosial media fenomeni Canna Samsonovanın yaxınları tərəfindən edilən açıqlamada, Samsonovanın iyulun 21-də aclıqdan öldüyü açıqlanıb.

Sosial mediada vegan qidalanmağı təbliğ edərək milyonlarla izləyiciyə çatan Zhanna D'Art kimi tanınan sosial media fenomeni Cənub-Şərqi Asiya turu zamanı müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Bişirilməyən otlarla hazırlanan yeməklərə diqqət yetirdiyi ifadə edilən Samsonovanın son 4 ildə tamamilə çiy vegan pəhrizinə əməl etdiyi və yalnız günəbaxan tumu cücərtiləri və meyvələrlə qidalandığı iddia edilir.

Aydan