Təcili tibbi yardım maşınına hücum etdilər, 4 tibb işçisi yaralandı TÜKÜRPƏDİCİ HADİSƏ
    • 1-08-2023, 23:54
    • 461

Təcili tibbi yardım maşınına hücum etdilər, 4 tibb işçisi yaralandı TÜKÜRPƏDİCİ HADİSƏ

Türkiyənin Diyarbakır şəhərində axşam saatlarında bir qrup şəxs yolda xəstə yanına çağırılan təcili tibbi yardım işçilərinin qarşısını mikroavtobusla kəsib.  

News24.az Türkiyə mediasına istinadən xəbər verir ki, təcili tibbi yardım avtomobilinim sürücüsünü yol verməkməkdə ittiham edərək maşından düşən şübhəli qrup tibb işçilərinə hücum edərək 4 nəfəri bıçaqlayıb. 

Hadisə yerinə həkim briqadası və polis qrupu göndərilib. Tibb işçiləri MZÖ., E.Ç., Ş.Ö. və F.T.-nin bədənlərinin müxtəlif nahiyələrindən bıçaqlanıb.

Yaralılar ilk müdaxilədən sonra xəstəxanaya yerləşdirilib.  

Polis üç şübhəli şəxsi saxlayıb. Qaçan 1 şübhəlinin tutulması istiqamətində işlər davam etdirilir.  
Günəş Mərd