“Qarabağ” bu gün “Rakuv”la cavab matçına çıxacaq
    • 2-08-2023, 08:40
    • 328

“Qarabağ” bu gün “Rakuv”la cavab matçına çıxacaq

“Qarabağ” bu gün UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində cavab oyununa çıxacaq.

News24.az Lent.az-a istinadən  xəbər verir ki, Ağdam təmsilçisi Polşanın “Rakuv” komandasını qəbul edəcək. Bakı Olimpiya Stadionunda keçiriləcək görüş saat 20:00-da başlayacaq. Matçın baş hakimi Sven Yablonski olacaq.

İlk qarşılaşmada rəqibinə 2:3 hesabı ilə uduzan "köhlən atlar" mərhələni adlamaq üçün ən azı 2 top fərqi ilə qələbə qazanmalıdır.

Qeyd edək ki, bu cütün qalibi III raundda Kipr "Aris"i ilə qarşılaşacaq. Uduzan tərəf isə Avropa Liqasının III təsnifat mərhələsində HİK (Finlandiya) / “Molde" (Norveç) cütünün məğlubu ilə üz-üzə gələcək.