"Ukrayna ilə münasibətlərimiz gərginləşib" - POLŞA RƏSMİSİNDƏN ETİRAF
    • 2-08-2023, 14:53
    • 223

"Ukrayna ilə münasibətlərimiz gərginləşib" - POLŞA RƏSMİSİNDƏN ETİRAF

"Prezidentin nümayəndəsi Marçin Pşidaçın Ukrayna ilə bağlı fikirlərindən sonra iki ölkə arasında münasibətlər gərginləşib". 

News24.az xəbər verir ki, bunu Polşa xarici işlər nazirinin müavini Pavel Yablonski bildirib.

"Mən açıq şəkildə bildirirəm ki, indi Ukrayna ilə münasibətlərimiz gərgindir. Bunu heç kim gizlətmir. Bununla bağlı yekun rəyimizi yaxın günlərdə təqdim edəcəyik, lakin məlum bəyanatın Ukraynada ciddi narazılıq doğurmasından xəbərdarıq. Hesab edirəm ki, müttəfiqlərimizi bu qədər sıxışdırmaq olmaz".  

Qeyd edək ki, avqustun 31-də Polşa prezidentinin xüsusi nümayəndəsi M. Pşidaç yerli telekanallardan birinin canlı efiri zamanı göstərilən yardım üçün rəsmi Kiyevin ölkəsinə təşəkkür etməli olduğu barədə fikirlər səsləndirib.


Fərid Azəri