İran Rusiyaya qarşıdır? - Abdullahiandan sürpriz Ukrayna açıqlaması
    • 19-07-2023, 11:33
    • 259

İran Rusiyaya qarşıdır? - Abdullahiandan sürpriz Ukrayna açıqlaması

İran istənilən ölkənin, o cümlədən Ukraynanın ərazi bütövlüyünə hörmət edir və “müharibənin siyasi dialoq yolu ilə dayandırılmasının vacibliyini vurğulayır”. 

News24.az IRNA-ya istinadla xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian deyib.

“Fars Körfəzi Ərəb Dövlətləri üzrə Əməkdaşlıq Şurası ilə strateji dialoqdan sonra Rusiyanın yekun bəyannaməsi imzalanıb və orada İrana qarşı bənd var. Sənəddə İranın özününkü hesab etdiyi Hörmüz boğazında yerləşən üç ada (Əbu Musa, Böyük Tunb və Kiçik Tunb) ətrafında mübahisənin həlli ilə bağlı Birləşmiş Ərəb Əmirliklərinin təşəbbüsünə dəstək ifadə olunub. Rusiya səfiri Xarici İşlər Nazirliyinə çağırıldıqdan sonra Rusiya hakimiyyət orqanlarından açıqlamalarımız olub, lakin biz bunları yetərli hesab etmirik və Rusiya və ya hər hansı digər tərəfin İranın ərazi bütövlüyü ilə bağlı bu praktikasının təkrarlanmasını qəbul etmirik”. İran XİN rəhbəri bildirib.

Akqabay