İran yeni orta mənzilli “Rezvan” ballistik raketini təqdim etdi
    • 22-09-2022, 14:39
    • 380

İran yeni orta mənzilli “Rezvan” ballistik raketini təqdim etdi

İran Aerokosmik Qüvvələri İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Dəniz və Hərbi Hava Qüvvələrinin parad mərasimində yeni “Rezvan” ballistik raketini təqdim edib.

News24.az "Tansim"' istinadən xəbər verir ki, “Rezvan” raketi ayrıla bilən döyüş başlığına malik birpilləli orta mənzilli maye yanacaq raketidir. 

Raketin uçuş məsafəsi 1400 km-ə qədərdir.

İran qoşunlarının paradında ilk dəfə olaraq “Xaybar-Şekyan” raket sistemi də təqdim edilib.