"Qarabağa humanitar yüklərin göndərilməsi rəsmi Bakı ilə razılaşdırılmamışdı" - ZAXAROVADAN ETİRAF
    • 2-08-2023, 15:43
    • 1 327

"Qarabağa humanitar yüklərin göndərilməsi rəsmi Bakı ilə razılaşdırılmamışdı" - ZAXAROVADAN ETİRAF

"Qarabağa humanitar yüklərin göndərilməsi rəsmi Bakı ilə razılaşdırılmamışdı". 

News24.az-ın Rusiya mətbuatına istinadən məlumatına görə, bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova ənənəvi brifinqində bildirib. 

O, həmçinin Ermənistan tərəfinin Qarabağda müvəqqəti yerləşdirilmiş sülhməramlılara yönəltdiyi ittihamları da şərh edib:

"Qarabağa humatinar yardım göndərilməsinin rəsmi Bakı ilə razılaşdırılmamasına baxmayaraq, sülhməramlı kontingent məsələnin həlli üçün tərəflərlə birbaşa təmas qurmağa nail oldu.  Bu səbəbdən də sülhməramlılara yönəlmiş ittihamları əsassız hesab edirik. Bu kimi ittihamlar onların vəziyyəti normallaşdırmaq səylərinə adekvat deyil".

Fərid Azəri