Yuxarı Qarabağ su kanalının bəndi uçdu - Ətraf ərazilər su altda qaldı
    • 2-08-2023, 18:15
    • 701

Yuxarı Qarabağ su kanalının bəndi uçdu - Ətraf ərazilər su altda qaldı

Bərdə rayonunda su kanalının bəndində uçqun baş verib. 

FHN Mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Yuxarı Qarabağ su kanalının Bərdə rayonunun Qaraqoyunlu kəndindən keçən hissəsində bəndin bir hissəsinin uçması nəticəsində ətraf ərazilərin subasmaya məruz qalması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-in Qarabağ və Gəncə Regional mərkəzləri, Dövlət Yanğından Mühafizə Xidməti, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin qüvvələri zəruri təhlükəsizlik tədbirlərinin görülməsi məqsədilə dərhal əraziyə cəlb olunub, aidiyyəti dövlət qurumları məlumatlandırılıb.

Əlavə məlumat veriləcək.

Samir Əli