"Separatçıların havasına oynayanların arzusu gözündə qalacaq"- DEPUTAT
    • 2-08-2023, 19:24
    • 275

"Separatçıların havasına oynayanların arzusu gözündə qalacaq"- DEPUTAT

"Fransa Prezidenti Emmanuel Makron başda olmaqla bir sıra qüvvələr, o cümlədən beynəlxalq təşkilatlar dünya ictimaiyyətini manipulyasiya etməyə çalışır". 

Bu fikirləri News24.az-a Milli Məclisin deputatı Rüfət Quliyev Beynəlxaq Qırmızı Xaç Komitəsinin (BQXK) Qarabağdakı qanunsuz fəaliyyətini şərh edərkən bildirdi. 

Onun sözlərinə görə, Azərbaycan tərəfi dəfələrlə rəsmi səviyyədə BQXK-nın Qarabağdakı qanunsuz fəaliyyəti ilə bağlı mövqeyini ifadə edib:

"Bütün bunlar danılmaz faktlardır. Erməni diasporu hər üsula əl atır ki, sülh prosesinin qarşısı alınsın, uzadılsın. Lakin onlar heç nə əldə edə bilməyəcəklər. Qarabağ ermənilərinin iki seçimi var: ya Azərbaycan vətəndaşlığını qəbul edib qalmalıdır, ya da getməlidir. Əfsuslar ki, bəzi separatçı revanşistlər insanları aldadır. Nəzərə almaq lazımdır ki, Ermənistan rəsmən Qarabağın Azərbaycanın ərazisi olduğunu qəbul edib.  Belədirsə, biz öz torpağımızda işimizi istənilən formada qura bilərik. Separatçıların çaldığı mahnıya oynamaq istəyənlərin arzusu ürəyində qalacaq. Zaman bizə işləyir və bu məsələ Azərbaycan üçün müsbət formada həll olunacaq".

Fərid Azəri