Elmar Məmmədyarov Beynəlxalq Qırmızı Xaç Komitəsinin prezidenti ilə GÖRÜŞDÜ
    • 24-10-2019, 13:53
    • 1 064

Elmar Məmmədyarov Beynəlxalq Qırmızı Xaç Komitəsinin prezidenti ilə GÖRÜŞDÜ

Xarici İşlər naziri Elmar Məmmədyarov Bakıda keçirilən Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşü çərçivəsində Beynəlxalq Qırmızı Xaç Komitəsinin prezidenti Peter Maurer ilə görüşüb.

News24.az
xəbər verir ki, görüşdə Azərbaycan ilə BQXK arasındakı münasibətlərin hazırkı vəziyyəti və gələcəyi barədə fikir mübadiləsi aparıldı, tərəflər arasında mövcud uğurlu əməkdaşlığın gələcəkdə daha da inkişaf edəcəyinə ümid ifadə edildi.

Nazir Elmar Məmmədyarov BQXK-nın humanitar sahədə Azərbaycanın əsas tərəfdaşlarından olduğunu qeyd edərək, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi kontekstində BQXK-nın fəaliyyətinin Azərbaycan tərəfindən müsbət qiymətləndirildiyini diqqətə çatdırdı. Bu xüsusda nazir, saxlanılan əsir-girovların “hamının-hamıya” prinsipi əsasında azad olunması məsələsinə toxunaraq, bu məsələnin öz həllini tapması üçün səylərin davam etdirilməsinin vacibliyini ön plana çəkdi.

Peter Maurer öz növbəsində BQXK tərəfindən davamlı səylərin göstərildiyini qeyd edərək, təmsil etdiyi qurum tərəfindən bu istiqamətdə aparılan işlər barəsində məlumat verdi.

Sonra BQXK-nin prezidenti QH-nin Zirvə Görüşünə dəvət edilməsinə görə təşəkkürünü bildirərək, BQXK-nin Azərbaycan ilə humanitar sahədə əməkdaşlıq etməyə daim hazır olduğunu dilə gətirdi.