-
- 2-08-2023, 17:36
- 341
"BQXK qanunsuz hərəkətlərinin ifşasından nəticə çıxarmır" - SİYASİ EKSPERT
"Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Qarabağdakı qanunsuz fəaliyyəti göstərdi ki, onlar bu hərəkətlərin ifşasından lazımi nəticə çıxara bilmədi".
Bunu News24.az-a açıqlamasında BQXK-nın qanunsuz əməllərini şərh edərkən siyasi-ekspert Aydın Quliyev bildirdi.
Onun sözlərinə görə, komitə fakt qarşısında qalaraq bu qanunsuz əməlini etiraf etməyə məcbur oldu:
"Çox təəssüflər olsun ki, komitə onun hərəkətlərinin ifşasından lazımi nəticə çıxarmadı. Hətta sonradan bəlli oldu ki, onlar hətta hüquq-mühafizə orqanlarımızın 30 il əvvəl Azərbaycana qarşı cinayət törətdiyinə görə axtardığı şəxsi qaçırmağa belə əl atıb. Rusiya rəsmisi Mariya Zaxarovanın etirafı göstərir ki, ölkəmiz doğru yoldadır və rəsmi Bakının Qarabağda və Laçın yolundakı vəziyyətlə bağlı bəyanatları tutarlı əsaslara söykənir. Bu əməllərin beynəlxalq instansiyalar tərəfindən ifşası deməyə əsas verir ki, Xankəndinə yük aparan avtomobillərlə bağlı yeni qərarlar olmalı, komitənin Qarabağdakı ofisi Yerevandan deyil, Bakıdan təlimat almalıdır. Həm Prezident İlham Əliyevin bəyanatı, həm də rəsmi Moskvanın cavabı komitənin Qarabağdakı fəaliyyətinə yenidən baxılmalı olduğunu göstərir".
Fərid Azəri