-
- 11-07-2023, 13:21
- 342
"Sülhməramlılar da Azərbaycan ərazisində qaçaqmalçılıq edir, Qırmızı Xaç da" - Deputat
Xəbər verdiyimiz kimi, DSX-nin əməkdaşları tərəfindən "Laçın” sərhəd buraxlış məntəqəsində Beynəlxalq Qırmızı Xaç Komitəsinə aid nəqliyyat vasitələrində dəfələrlə qanunsuz yolla müxtəlif növ qaçaqmalın keçirilməsi cəhdləri aşkarlanıb.
BQXK-ya məxsus olan və tibbi təxliyə həyata keçirən nəqliyyat vasitələrindən qaçaqmalçılıq üçün istifadə edilməsi Azərbaycan Respublikasının qanunlarının kobud şəkildə pozulması deməkdir.
Bəs Azərbaycan ərazisində Beynəlxalq Qırmızı Xaç Komitəsinin qanunazidd əməlləri nəyə hesablanıb?
Bununla bağlı Milli Məclisin deputatı Aqil Abbas AZXEBER.COM-a açıqlama verib.
O bildirib ki, BQXK sülhməramlıların onları yoxlamamasından sui-istifadə edirmiş:
"Sülhməramlılar da Azərbaycan ərazisində qaçaqmalçılıq edir, Qırmızı Xaç da. Bunu necə şərh etmək olar? Onların bu qanunsuz davranışı bu gün aşkara çıxıb, sərhəd möhkəmlənib. Biz Qırmızı Xaç komitəsinə bir məktub göndərib, nota verməliyik ki, bir daha belə qələt etməsinlər. Komitənin adını ucuzlaşdırıb, belə alçaq işlərlə məşğul olmasınlar. Bilsinlər ki, belə davam edərsə, biz onların maşınlarını vura bilərik”.