“Qarabağ” klubu UEFA Çempionlar Liqasında mübarizəni dayandırıb
    • 2-08-2023, 22:44
    • 429

“Qarabağ” klubu UEFA Çempionlar Liqasında mübarizəni dayandırıb

Avqustun 2-də Ağdamın “Qarabağ” futbol klubu UEFA Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində Polşanın “Rakuv” komandası ilə cavab oyununu keçirib.

News24.az xəbər verir ki, Bakı Olimpiya Stadionunda keçirilən görüş 1:1 hesablı heç-heçə ilə başa çatıb.

Oyunun 52-ci dəqiqəsində Fran Tudor dəqiq zərbə ilə qonaqları hesabda irəli çıxarıb – 0:1. Matçın 60-cı dəqiqəsində isə ağdamlıların heyətində Elvin Cəfərquliyevin cərimə meydançasına ötürdüyü topu saxlamadan rəqib qapısına göndərən Redon Cica hesabda tarazlığı bərpa edib – 1:1. “Qarabağ”ın bütün cəhdlərinə baxmayaraq, qalan dəqiqələrdə qapılara top vurulmayıb.

Komandalar arasında Polşada keçirilən ilk qarşılaşmada “Rakuv” 3:2 hesablı qələbə qazandığından iki oyunun nəticəsinə görə qalib gələrək növbəti mərhələyə vəsiqəni təmin edib. “Qarabağ” isə mübarizəni UEFA Avropa Liqasında davam etdirəcək.