Nazir düşmən Xalq artistlərini barışdırdı - PHOTO
    • 3-08-2023, 17:24
    • 682

Nazir düşmən Xalq artistlərini barışdırdı - PHOTO

11 ildir küsülü olan, bir-birini “mehriban düşmən” adlandıran Xalq artistləri - Rasim Balayevlə Şəfiqə Məmmədova barışıblar.

News24.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, hər iki aktyor avqustun 2-də Milli Kino Bayramında Mədəniyyət Nazirliyinin təşkil etdiyi tədbirdə bir araya gəlib. 

Tədbirdə çıxış edən mədəniyyət naziri Adil Kərimli hər iki aktyoru səhnəyə dəvət edərək, Azərbaycan kinosunda xidmətlərinə görə təbrik edib.

Qeyd edək ki, Xalq artisti Şəfiqə Məmmədova sabiq Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının, Rasim Balayev isə Azərbaycan Kinematoqrafçıları İttifaqının sədri idi.