Polșa Belarusla sərhədə döyüş helikopterləri yerləşdirdi - VİDEO
    • 4-08-2023, 08:30
    • 212

Polșa Belarusla sərhədə döyüş helikopterləri yerləşdirdi - VİDEO

Polșa Belarusla sərhədə döyüş helikopterləri yerləşdirib.

RTV xəbər verir ki, bunu Polşa Silahlı Qüvvələri Baş Komandanlığının birinci müavini general Marek Sokolovski bildirib.

"1-ci Aviasiya Briqadası ve 25-ci Hava Briqadasının helikopterləri yenidən qruplaşdırilib. Artıq onların yerləşdiyi ərazilərin ilkin kəşfiyyatı aparılıb. Aviasiya sahəsində texniki brifinqlər keçirilib", - M.Sokolovski qeyd edib.

Onun sözlərinə görə, helikopterlər döyüşə hazır vəziyyətdədir: "Onları tam uçuş lisenziyası olan təcrübəli pilotlar idarə edir. Narahatedici bir hadisə baş verərsə, silahdan istifadə etməkdən çəkinməyəcəklər".