"Moyka"dan avtomobil OĞURLANDI
    • 5-09-2019, 17:45
    • 866

"Moyka"dan avtomobil OĞURLANDI

Sentyabrın 4-də Kürdəmir RPŞ-yə müraciət edən Xırdapay kənd sakini F.Kərimov həmin gün saat 9 radələrində şəhər ərazisində yerləşən avtoyuma məntəqəsindən “Hyundai” markalı avtomobilinin qaçırılmasını bildirib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, müraciətlə əlaqədar dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılmışdır. Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən həmin avtoyuma məntəqəsinin işçisi A.Abdullayev qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən avtomobillə birgə saxlanılıb.

Araşdırma aparılır.