Qərb Ermənistanı belə şantaj edir - DETALLAR
    • 4-08-2023, 11:09
    • 343

Qərb Ermənistanı belə şantaj edir - DETALLAR

“Qərb ölkələri Ermənistanı “çirkli üsullarla” şantaj edir, Rusiya ilə tərəfdaşlığa qarşı çıxır, istənilən üsullara əl atılır”.

News24.az TASS-a istinadla xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Denis Qonçar bildirib.

Diplomat qeyd edib ki, bu gün Moskva ilə İrəvan arasında KTMT, Aİİ və MDB çərçivəsində, eləcə də müxtəlif beynəlxalq platformalarda, ilk növbədə, Birləşmiş Millətlər Təşkilatında “sıx xarici siyasi sistem” qurulub.

“İrəvanla münasibətlərin bəzi mənfi cəhətlərindən danışsaq, bu, ilk növbədə Qərb dövlətlərinin Rusiya-Ermənistan tərəfdaşlığına xələl gətirmək cəhdləri ilə bağlıdır. İstənilən üsuldan, o cümlədən tamamilə çirkin üsullardan istifadə olunur: sanksiyalarla şantaj, haqsız rəqabət, yalan vədlər...”, - Qonçar vurğulayıb.

Akqabay