Nazirlik yeni doğulan uşaqlarda nevroloji problemlərin əlamətlərini açıqladı
    • 4-08-2023, 11:21
    • 283

Nazirlik yeni doğulan uşaqlarda nevroloji problemlərin əlamətlərini açıqladı

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, həkim-pediatr Leyla Rəhimova yeni doğulan uşaqlarda nevroloji problemlərin əlamətlərini açıqlayıb.

News24.az 
xəbər verir ki, o bildirib ki, mərkəzi sinir sisteminin zədələnməsi baş beynin və onurğa beyninin formalaşdığı bətndaxili inkişafdan başlayaraq uşağın inkişafının müxtəlif dövrlərində yarana bilər.

Həkim deyib ki, doğulduqdan sonra uşaqlarda nevroloji xəstəliklərin əsas səbəbləri kimi kəskin və xroniki stres, infeksiya, travma, törəmələr və s. göstərmək olar.

O, uşaqlarda tez-tez rast gəlinən patologiyalara yuxu pozğunluğu, baş ağrıları, nitqin və mental inkişafın geriliyi, qıcolmalar və müxtəlif nevrozların aid olduğunu vurğulayıb.

"Neonatal dövr körpə üçün xarici mühitə uyğunlaşmasında həlledicidir. Neonatal dövr doğulandan 28 gününə qədər davam edir. Hamiləlik dövrün fizioloji vəziyyət qənaətbəxş olduqda və doğuş fəsadsız keçdikdə, yenidoğulanlarda əsas qiymətləndirilmə neonatoloq tərəfindən aparılır. Əgər nevroloji simptomlar qeyd olunarsa, körpə neonatoloq tərəfindən nevroloqa yönəldilir. Həmçinin valideynlər özləri nevroloji simptomları müşahidə edə bilərlər. Bu dövrdə körpədə sianoz tutmaları (ağlayarkən göyərmələr), yuxu pozğunluğu, əyriboyunluluq, əzələ tonusunun pozğunluğu (uşaq ya süst və ya əksinə çox gərgin vəziyyətdə olur), əmgəyin qabarıq olması, qıcolmalar və s. kimi əlamətlər nevroloji xəstəliklərin simptomları ola bilər".