-
- 4-08-2023, 11:57
- 516
Kütləvi davada adam ölümünə səbəb olan qardaşları hakim azadlığa BURAXDI
Bakı Ağır Cinayətlər Məhkəməsində Sabunçu rayonunda kütləvi davada bir nəfəri öldürüb digərinə xəsarət yetirməkdə təqsirləndirilən Rahib, Qorxmaz və Ramil Lətifov qardaşlarının cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
News24.az-ın məlumatına görə, prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Məhkəmənin hökmü ilə R. Lətifov 17 il azadlıqdan məhrum edilib. Məhkəmənin hökmü ilə digər qardaşlar Q. Lətifov və R. Lətifovun hər biri 2 il azadlıqdan şərti məhrum edilərək məhkəmə zalından azadlığa buraxılıblar.
Xatırladaq ki, ötən prosesdə prokuror R. Lətifovun 20 il, Q. Lətifovun 5 il, R. Lətifovun isə 6 ay azadlıqdan məhrum edilməsini istəyib.
Qeyd edək ki, hadisə 2021-ci ilin noyabr ayında baş verib. Həmin vaxt 1996-cı il təvəllüdlü İrşad Əliyev və 2000-ci il təvəllüdlü dostu Fərid Əliyev bıçaqlanıblar, sonuncu xəstəxanada ölüb.
Müəyyən edilib ki, zərərçəkmişlərin tanışları Sabunçu qəsəbə sakinləri - Rahib, Ramil və Qorxmaz Lətifov qardaşları ilə kafenin qarşısında dava ediblər. Hadisə vaxtı R. Lətifov bıçaqla F. Əliyev və İ. Əliyevə xəsarətlər yetirib, R. Lətifov və Q. Lətifov isə silah qismində istifadə etdikləri vasitələrlə İ.Əliyevə müxtəlif dərəcəli bədən xəsarətləri yetiriblər.
R. Lətifova Cinayət Məcəlləsinin 120.2.2 (xuliqanlıq niyyəti ilə adam öldürmə), 29, 120.2.2 (xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd), 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) və 221.3 (silah qismində istifadə olunan əşyalar tətbiq etməklə xuliqanlıq etmə), Ramil və Qorxmaz Lətifovlara isə CM-nin 221.3-cü (Xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddəsi iə ittiham irəli sürülüb.
Samir Əli