-
- 4-08-2023, 14:39
- 220
Yaşlı insanların qorxulu kabusu demansiya: DƏF EDİLƏ BİLƏR
Hər il dünyada demensiyadan əziyyət çəkənlərin sayı 10 milyon nəfər artır.
Üç il əvvəl dünyada demensiyadan əziyyət çəkən 55 milyon insan qeydə alınıb.
News24.az xəbər verir ki, bu barədə Avstraliya Monaş Universitetinin (MU) tədqiqatçıları araşdırma aparıblar.
Təəssüf ki, artıq başlamış xəstəliyin dərman müalicəsi səmərəsizdir, irəliləməkdə davam edir. Alimlərin fikrincə, təhlükəli qocalıq xəstəliyi olduqca sadə gündəlik fəaliyyətlər və aktiv həyat tərzi ilə "dəf edilə bilər". Əsas odur ki, tənbəllik olmasın.
Tədqiqat zamanı insanlardan istənilib ki, onlar sorğu anketindən istifadə edərək üstünlük verdikləri zehni stimullaşdırma növünü təsvir etsinlər.
Belə ki, sorğu sayəsində məlum olub ki, iştirakçıların əksəriyyəti kompüterdən fəal istifadə edir, krossvord həll edir, şahmat və kart oyunları oynayır, ağac üzərində oyma ilə məşğul olur, toxuyur, oxuyur, rəsm çəkir, musiqi dinləyir və s.
Tədqiqatlar zamanı subyektlərin yaşı, cinsi, etnik mənsubiyyəti, irqi, təhsili, sosial-iqtisadi vəziyyəti, həmçinin pis vərdişləri, sağlamlıq vəziyyəti və xroniki xəstəliklərin olması nəzərə alınıb.
Alimlər müəyyən ediblər ki, kitab oxumaq, kompüterdən istifadə etmək və gündəlik yazmaq demensiya riskini 11%, krossvordlar həll etmək 9%, yaradıcı hobbi və passiv zehni fəaliyyəti isə 7% azaldır.
Arzu