Sumqayıtdakı güclü yanğın məhdudlaşdırıldı - FOTOLAR
    • 4-08-2023, 15:54
    • 183

Sumqayıtdakı güclü yanğın məhdudlaşdırıldı - FOTOLAR

Sumqayıt şəhərində şadlıq evində baş verən yanğının geniş sahəyə yayılmasına imkan verilmədən qısa müddətdə məhdudlaşdırılıb.

Bu barədə News24.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

"Xəbər verildiyi kimi, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Sumqayıt şəhərində yerləşən “Green House” şadlıq evində yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində havanın küləkli olmasına baxmayaraq yanğın geniş sahəyə yayılmasına imkan verilmədən qısa müddətdə məhdudlaşdırılıb. Hazırda yanğının tam söndürülməsi istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir. Əlavə məlumat veriləcək, - məlumatda deyilir.