ÜST Vəba xəstəliyi barədə xəbərdarlıq etdi: RİSK YÜKSƏKDİR
    • 4-08-2023, 17:39
    • 314

ÜST Vəba xəstəliyi barədə xəbərdarlıq etdi: RİSK YÜKSƏKDİR

Dünyada vəba xəstəliyi olduqca geniş şəkildə yayılıb. Bu ilin əvvəlindən 25 ölkədə epidemiya qeydə alınıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 9 dəfə çoxdur.
 
News24.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) elan edib. 
 
Hazırda xəstəlik xüsusilə Afrikaya ağır zərbə vurub. İlin əvvəlindən Afrikanın 14 ölkəsində, o cümlədən Konqo Demokratik Respublikası, Kamerun, Malavi, Mozambik, Somali, Efiopiya və Cənubi Afrikada vəba xəstəliyinə yoluxma halları qeydə alınıb.

Həmçinin Suriya, Əfqanıstan, Malavi, Haiti, Mozambik və Hindistanda vəba epidemiyası baş verib.

Epidemiyaların sayının artmasını və onların coğrafi yayılmasını, həmçinin vaksinlərin və digər resursların çatışmazlığını nəzərə alaraq, ÜST hesab edir ki,  risk çox yüksəkdir
 
Arzu