Rusiyadan ABŞ-a: Söz verməzdən əvvəl şərtləri hazırlayın
    • 4-08-2023, 18:28
    • 311

Rusiyadan ABŞ-a: Söz verməzdən əvvəl şərtləri hazırlayın

Kremlin sözçüsü Dmitriy Peskov ABŞ dövlət katibi Antoni Blinkenin Rusiyanın Qara dəniz taxıl sazişinə qayıtması halında Vaşinqtonun Rusiyadan ərzaq ixracını təmin etmək üçün hər şeyi edəcəyi barədə bəyanatını dəyərləndirib.

News24.az "Haber7"-ə istinadla xəbər verir ki, Kremlin sözçüsü Dmitriy Peskov ABŞ-ın Qara Dəniz Taxıl Sazişinin Rusiyaya aid hissəsini nəzərdən keçirəcəyini vəd edəcəyini bildirərək, ilk növbədə şərtləri təmin etməli olduğunu, bu halda yenidən razılaşmaya qayıdacaqlarını bildirib.

Amerikalıların bu sahədə heç bir təhlükəsizliyi təmin etmək məcburiyyətində olmadığına diqqət çəkən Peskov təhlükəsizliyin amerikalılar olmadan Taxıl müqaviləsi çərçivəsində təmin edildiyini vurğulayıb.

Aydan