FHN əhaliyə müraciət etdi
    • 4-08-2023, 18:30
    • 184

FHN əhaliyə müraciət etdi

Hazırda ölkədə müşahidə olunan küləkli və isti hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına kiçik etinasızlıq və ya ehtiyatsızlıq böyük fəsadlara yola aça bilər.

News24.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin əhaliyə növbəti müraciətində bildirilib.

Müraciətdə isti hava və küləyin təsirindən ən kiçik qığılcımın belə qısa zamanda böyük yanğına çevrilə, acı nəticələrə səbəb ola biləcəyi qeyd olunub.

“Qeyd olunanlarla bağlı Fövqəladə Hallar Nazirliyi növbəti dəfə əhaliyə müraciət edərək, xüsusilə hazırda ölkədə müşahidə olunan küləkli və isti hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etməyə çağırır”, - müraciətdə vurğulanır