Gürcüstanın daha bir bölgəsində təbii fəlakət
    • 5-08-2023, 00:30
    • 214

Gürcüstanın daha bir bölgəsində təbii fəlakət

Güclü külək və leysan yağışları Gürcüstanın Kaxeti bölgəsində də ciddi problemlər yaradıb.

News24.az AZƏRTAC-a istinadən xəbər verir ki, külək Qurcaani rayonunda 5 yaşayış binasının, 70-dən çox fərdi evin, eyni zamanda, Vercini, Kolaqi, Bakurçixi, Kardenaxi kəndlərində evlərin dam örtüyünü uçurub.

Küləyin kökündən qopardığı ağaclar elektrik enerjisi və təbii qaz kəmərlərini sıradan çıxarıb.

Hakimiyyət orqanları təbii fəlakət nəticəsindən evləri yararsız vəziyyətə düşmüş insanların müvəqqəti yaşayış məntəqələrində yerləşdiriləcəyini bildirib.

Hazırda bölgədə bərpa və yenidənqurma işləri görülür.