"Ukrayna Qərbin dəstəyinə güvənib bir neçə uğursuz hücum əməliyyatı həyata keçirib" - ŞƏRH
    • 5-08-2023, 12:09
    • 205

"Ukrayna Qərbin dəstəyinə güvənib bir neçə uğursuz hücum əməliyyatı həyata keçirib" - ŞƏRH

"Ağ Evin rəsmiləri Ukrayna göndərilən maiyyə yardımının 70 faizə qədərinin Kiyevdəki məmurların ciblərinə axdığını deməkdən çəkinir". 

News24.az-ın "Prime.ru"ya istinadən xəbərinə görə, bunu ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş zabiti Skott Ritter "Judging Freedom" "YouTube" kanalının canlı yayımında deyib. 

O, vurğulayıb, ki, rəsmi Vaşinqton hazırda sözü gedən faktı xalqa etiraf etmənin yollarını axtarır. 

S. Ritter həmçinin ukraynalıları təhqir etməkdən çəkinməyərək, dünyanın ən korrupsioner xalqı adlandırıb.

Keçmiş kəşfiyyatçının qənaətincə, məmurların bu kimi addımları yaxın gələcəkdə adı çəkilən ölkəyə yardımların dayandırılmasına səbəb ola bilər. 
Məsələni şərh edən ukraynalı politoloq Valeri Dımov News24.az-a bildirdi ki, vaxtilə kəşfiyyat orqanlarından uzaqlaşdırılan birinin açıqlamaları fakt sayıla bilməz:

"Kəşfiyyatın özü məharətlə yalan danışmaq sənətidir. Digər tərəfdən belə bir qeyri-ciddi adamın fikirlərini şərh etməyi vaxt itkisi hesab edirəm. Bilirsinizmi, Qərbin dəstəyinə güvənən Ukrayna ordusu bir neçə dəfə uğursuz hücum əməliyyatı həyata keçirib. Bunu nəinki ABŞ-da, heç Avropada da gözləmirdilər. Ona görə də son zamanlar belə məsuliyyətsiz açıqlamalar verilir. Əgər bu, rəsmi orqanların rəyi olsaydı, daha geniş münasibət bildirərdim". 

Fərid Azəri