8 yaşlı erməni qızın meyiti tapıldı
    • 6-05-2024, 21:30
    • 138

8 yaşlı erməni qızın meyiti tapıldı

Ermənistanın Armavir vilayətində faciəli hadisə baş verib.

News24.az konkret.az-a istinadla xəbər verir ki, saat 09:50 radələrində Ermənistan Daxili İşlər Nazirliyinin Armavir Polis İdarəsinə rayonun kəndlərindən birində uşaq meyitinin aşkarlanması barədə əməliyyat məlumatı daxil olub.

Polis mərhumun qız olduğunu və həmin gün saat 05:00 radələrində evlərində dünyasını dəyişdiyini müəyyən edib.

Ekspertizanın ilkin rəyinə görə, meyitin üzərində zorakılıq izləri aşkar edilməyib.

Faktla bağlı Armavir Regional İstintaq İdarəsində qəfil ölüm əlamətləri ilə cinayət işi başlanıb.