Britaniyalı jurnalist Hakan Fidanın sirrini AÇDI
    • 5-08-2023, 11:28
    • 196

Britaniyalı jurnalist Hakan Fidanın sirrini AÇDI

Britaniyada nəşr edilən “Middle East Eye” jurnalının baş redaktoru Devid Herstin Türkiyə xarici işlər naziri Hakan Fidan haqqında fikirləri diqqət çəkib.

News24.az  xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

“MİT-ə rəhbərlik etdiyi vaxtlarda qurumu peşəkar, etibarlı və uğurlu bir təşkilata çevirdi. Fidanın sirri odur ki, o, özünü təkcə dövlətin xidmətçisi kimi yox, himayəçisi kimi də görür. MİT-in rəhbəri olduğu dövrlərdə münaqişə olan bölgələrdə vacib addımlar atıldı. Liviyada “Vaqner” hərbi təşkilatına və qiyamçı marşal Xəlifə Haftara qarşı Türkiyənin uğurlu addımlarını müəyyən edib. Bundan başqa, Ukrayna ilə Rusiya arasında taxıl sazişi və çoxsaylı məhbus mübadiləsi ilə bağlı danışıqlar da aparıb”, - D.Herst bildirib (axar.az).