-
- 12-06-2023, 13:23
- 635
Hakan Fidan Ankara ilə Qüds arasında... - İsrail kəşfiyyatı şok detalları açdı
“Türkiyənin yeni xarici işlər naziri Hakan Fidan uzun illərdir Ankara-Qüds əlaqələrində əsas rol oynayıb. O, son illərdə İsrail və Türkiyə arasında münasibətlərin yaxşılaşdırılması istiqamətində atılan addımlara rəhbərlik edir”.
News24.az xəbər verir ki, bu sözlər İsrailin “Jerusalem Post” qəzetinin “Türkiyənin yeni xarici işlər naziri İsraillə əməkdaşlıqda böyük rol oynayıb” başlıqlı məqaləsində qeyd olunub.
İsrail Regional Xarici Əlaqələr İnstitutunun rəhbəri Nimrod Goren Mitvimin fikirlərinin yer aldığı məqalədə Fidanın gərginlik dövründə belə İsrail kəşfiyyatı rəhbərliyi ilə əlaqə saxladığı bildirilib. Yazıda Fidanın oynadığı əsas rola diqqət çəkilib: “Hakan Fidan Ərdoğan vəzifəyə gəldiyi gündən bəri təhlükəsizlik məsələlərinin içərisindədir. O, Türkiyənin bölgədəki əlaqələri ilə bağlı bütün mərkəzi məsələləri ələ alıb. Prezident ona etimad edir, böyük təcrübəsi və biliyi var”.
Məqalədə qəzetin “Türkiyə ilə İsrailin yaxınlaşmasında rol oynamış prezident İshak Hersoqun etibarlı adamı” kimi qələmə verdiyi Haham Mark Şnayerin də fikirləri yer alıb. “Fidan İsrail kəşfiyyatı ilə müxtəlif mövzularda, o cümlədən İsrailin Həmasla bağlı narahatlıqları ilə bağlı birbaşa danışıqlarda iştirak edib”, - Şnayer bildirib.
Alman media qurumu “Redaktions Netzwerk Deutschland” (RND) isə “Hər şeyi bilən adam: Hakan Fidan Türkiyənin yeni xarici işlər naziridir” başlığı ilə oxucularının qarşısına çıxıb. “13 il MİT-ə rəhbərlik etdikdən sonra, demək olar ki, heç kim Fidan qədər sirləri bilmir. Bu, onu Türkiyənin ən güclü adamlarından birinə çevirir. Türkiyədə Fidanın adını hamı tanıyır, amma ictimaiyyət onun haqqında çox az şey bilir”, - deyə qeyd olunan məqalədə Fidanın rəhbərliyi altında MİT-in həyata keçirdiyi uğurlu əməliyyatlara diqqət çəkilib.
“Xarici siyasət Fidan üçün yeni sahə deyil. Əksinə, bir çox rollarda o, illər boyu bütün əsas xarici siyasət qərarlarında iştirak edib. Ərdoğanın “kölgə xarici işlər naziri” kimi o, Türkiyənin İsrail və Misirlə yaxınlaşması üçün gizli danışıqlar hazırlayıb, Ukrayna münaqişəsində vasitəçilik etmək üçün Kiyev və Moskva ilə sıx əlaqə saxlayıb”, - məqalədə vurğulanıb.
Fidanın beynəlxalq əlaqələrinin yaxşı olduğuna diqqət çəkən RND, “Fidan Ərdoğan və keçmiş xarici işlər naziri Mövlud Çavuşoğlunu Vaşinqton və Moskva kimi bir çox mühüm səfərlərdə müşayiət edib. “Fidan məxfi xidmətin rəhbəri olmasına baxmayaraq, təkcə diplomatik bacarıq nümayiş etdirməyib. Fidan həm də strateji düşüncə sahibi olub. Ona yeni vəzifəsində hər iki xüsusiyyət lazım olacaq, - deyə qeyd olunub.
Akqabay