Venesuela prezidentini öldürmək istədilər - Həmkarından şübhələnir - Fotolar - Video
    • 5-08-2018, 11:00
    • 1 238

Venesuela prezidentini öldürmək istədilər - Həmkarından şübhələnir - Fotolar - Video

Avqustun 5-də Venesuela prezidenti Nikolas Maduroya qarşı sui-qəsd cəhdi edilib.

Maduro Milli Qvardiyanın yaranmasının 81-ci ildönümünə həsr olunmuş mərasimdə çıxışı zamanı tribunaya doğru pilotsuz uçan aparat yönəlib.

Lakin polisin çevikliyi nəticəsində PUA vaxtında zərərsizləşdirilib.

Hadisə nəticəsində ölkə prezidenti və digər yüksək vəzifəli şəxslər xəsarət almayıblar. 

Qeyd olunur ki, mərasimin bir neçə iştirakçısı yaralanıb.

N. Maduro onun həyatına sui-qəsd cəhdində kolumbiyalı həmkarı Xuan Manuel Santosu təqsirləndirilib. Bu barədə o, xalqa müraciətində bildirib.

Venesula prezidenti həmçinin qeyd edib ki, insidentdə şübhəli bilinən bir neçə nəfər saxlanılıb.

//Qafqainfo.az