DİN vətəndaşlara müraciət etdi - VİDEO
    • 6-08-2023, 16:13
    • 243

DİN vətəndaşlara müraciət etdi - VİDEO

Daxili İşlər Nazirliyi (DİN) çimərliklərlə bağlı vətəndaşlara müraciət edib.

DİN-in mətbuat xidmətindən News24.az-a daxil olan müraciətdə bildirilib ki, çimərliklərdə istirahət edən valideynlərin azyaşlı övladlarını nəzarətsiz qoymaları halları müşahidə edilir.

"Bu gün 42 uşağın paytaxt çimərliklərində itməsi ilə bağlı DİN-nə məlumatlar daxil olub. Dərhal çimərliklərdə təhlükəsizlik tədbirlərinə cəlb edilən polis əməkdaşları məlumatlar üzrə əlaqələndirilməklə, həmin uşaqların tapılması təmin edilərək ailə üzvlərinə təhvil verilib.Vətəndaşlardan xahiş edirik ki, övladlarını nəzarətsiz qoymasınlar..." 

Ətraflı RTV-nin süjetində: