“Neftçi” “Kəpəz”ə MƏĞLUB OLDU
    • 6-08-2023, 19:22
    • 364

“Neftçi” “Kəpəz”ə MƏĞLUB OLDU

Azərbaycan Premyer Liqasında 1-ci turun oyunları keçirilir.

News24.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, “Kəpəz” ilk tur çərçivəsində “Neftçi”ni sınağa çəkib.

Əzəli rəqiblər Gəncədə üz-üzə gəliblər. Meydan sahibləri bu görüşdə sürpriz qələbəyə seviniblər.

Tur Bakıda “Sabah” və “Qəbələ” komandaları arasında keçiriləcək oyunla tamamlanacaq.

Turun əvvəlki oyunlarında “Turan Tovuz” “Araz-Naxçıvan”ı 3:0, “Sumqayıt” “Səbail”i 4:1, “Zirə” isə “Qarabağ”ı 1:0 hesabı ilə məğlub edib.