Buffetin holdinqi rekord əməliyyat mənfəəti ƏLDƏ ETDİ
    • 6-08-2023, 23:31
    • 506

Buffetin holdinqi rekord əməliyyat mənfəəti ƏLDƏ ETDİ

2023-cü ilin ikinci rübündə "Berkshire Hathaway" şirkətinin rəhbəri məşhur sərmayəçisi Warren Buffetin əməliyyat mənfəəti 6,65 faiz artımla rekord həddə - 10,04 milyard dollara çatıb. 

News24.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.  

Qeyd edilir ki, əvvəlki rübdə bu, 8,07 milyard dollar təşkil edib. 

Əsas artım həm sığorta, həm də investisiya gəlirləri daxil olmaqla sığorta biznesinin seqmentində baş verib - orada mənfəət 74 faiz artaraq 1,25 milyard dollara çatıb.

Bundan əvvəl Warren Buffet dünyanın ən zəngin adamları onluğuna daxil olmuşdu. 
Günəş Mərd