İntim səhnələrdə bəzi aktyorlar... - Məşhur aktrisadan inanılmaz etiraflar
    • 7-05-2024, 19:55
    • 143

İntim səhnələrdə bəzi aktyorlar... - Məşhur aktrisadan inanılmaz etiraflar

Kənardan baxanda Hollivud ulduzlarının şöhrət, var-dövlət və dəbdəbə ilə dolu mükəmməl həyatları olduğu görünür. Ancaq film və serial çəkilişləri vaxtı böyük təlaş içində olan məşhur aktrisalar sevmədikləri seçimləri edə və rollarına görə çətin anlar yaşaya bilərlər.

News24.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə məşhur aktrisa Emili Brant danışıb.

O deyib ki, bunlardan ən əsası aktrisaların rollarına görə həmkarları ilə yaxınlaşmaq lazım olan səhnələrdə yer almalarıdır.

Romantik səhnələrdə və ya seksuallıq ehtiva edən filmlərdə oynayan ulduzlar peşəkarlıq baxımından qarşılarında duran aktyorlarla heç vaxt müəyyən sərhədləri aşmırlar.

Britaniyalı aktrisa Emili Blantın rol aldığı filmlərdə kişi aktyorlarla intim səhnələrindən danışdığı nəşr böyük səs-küyə səbəb olub. Hollivudda ciddi qaydalara uyğun olaraq, belə çətin səhnələr lentə alınan zaman çəkiliş meydançalarında həmişə “intim əlaqə koordinatoru” olur. Onlar teatr, kino və televiziya istehsalında intim səhnələrdə iştirak edən aktyor və aktrisaların rifahını təmin edən komandanın üzvü kimi işləyirlər.

Hazırda baş rolu Rayan Qoslinqlə paylaşdığı “The Fall Guy” filmi ilə gündəmdə olan Emili Blant bu mövzuda verdiyi açıqlama ilə hər kəsi təəccübləndirib.

“Mənimlə uyğunluğu olmayan insanlar var idi. Onlarla işləmək xoşuma gəlmirdi. Bəzi kişi həmkarlarımla intim səhnələr çəkməyin nə qədər çətin olduğunu izah belə edə bilmirəm. Kimsə ilə təbii münasibətiniz varsa, bu səhnələri çəkmək daha asan olur”, - ulduz qeyd edib.