Aparıcı-jurnalist ola bilməyəcək deyirdilər - VİDEO
    • 7-05-2024, 19:24
    • 284

Aparıcı-jurnalist ola bilməyəcək deyirdilər - VİDEO

News24.az xəbər portalının baş redaktoru və RTV internet televiziyasının icraçı direktoru Tural Müseyibov Azərbaycan Dillər Universitetinin Beynəlxalq jurnalistika şöbəsinin tələbələri ilə görüşüb. 

Beynəlxalq jurnalistika şöbəsinin müdiri, baş müəllim Nərgiz Çərkəzqızı, ADU-nun 2 və 3 saylı tədris korpusları üzrə rektor məsləhətçisi Anar Osmanlının iştirakı ilə keçirilən görüşdə Tural Müseyibov jurnalistika sahəsində ilk fəaliyyəti, dövlət qulluğunda çalışdığı dövrlər, əldə etdiyi nəaliyyətlər, qazanılan uğurlar, peşəkar fəaliyyət, yeni media qaydalarından danışıb. 

Görüşün geniş reportajı saat 22:00-da Tural Müseyibovun rəsmi youtube kanalında yayımlanacaq.

 Anonsu sizə təqdim edirik: