Uşaq bağçasında 41 nəfər ZƏHƏRLƏNDİ
    • 7-05-2024, 19:17
    • 119

Uşaq bağçasında 41 nəfər ZƏHƏRLƏNDİ

Milanda özəl uşaq bağçalarından birində kütləvi zəhərlənmə baş verib. 40-dan çox insan xlordan zəhərlənib. 

News24.az xəbər verir ki, bu barədə İtaliyanın “Giornale” qəzeti məlumat yayıb.

Məlumata görə, hadisə çərşənbə axşamı səhər saatlarında hovuzda baş verib.

Bildirilir ki, ümumilikdə 41 nəfər zəhərlənib, onlardan 28-i 3-5 yaş arası uşaqlardır. Xlor dumanları nəticəsində hovuza gələnlər özlərini pis hiss ediblər.

Hadisə yerinə təcili tibbi yardım briqadası gəlib, zərərçəkənlərə ilkin tibbi yardım göstəriblər. Nəticədə 11 nəfər uşaqlara və böyüklərə əlavə yardım üçün şəhər xəstəxanalarına göndərilib. Qeyd olunur ki, hovuzda olanlar arasında ağır zəhərlənmə baş verməyib.

Hadisənin səbəbləri müəyyənləşdirilir. 

Mehriban Mirzəzadə