Yük maşını on nəfərin ölümünə səbəb oldu
    • 7-08-2023, 11:39
    • 120

Yük maşını on nəfərin ölümünə səbəb oldu

Tacikistanın cənubundakı Kulyab şəhərində ötən gecə əyləcləri sıradan çıxan yük maşınının qəzaya uğraması nəticəsində 10 nəfər ölüb, daha 14 nəfər yaralanıb

News24.az “Ria novosti”-ə istinadla xəbər verir ki, qəza Düşənbə-Kulyab-Xoroq avtomobil yolunda baş verib, “Somoni” bazarının yaxınlığında “Dulan” markalı yük maşını bir neçə avtomobilə və evlərə çırpılıb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, enişlə hərəkət edən yük avtomobilinin əyləc sistemi nasaz olub. Faktla bağlı cinayət işi başlanıb

Aydan