Aeroport yolunda baş verən ağır qəza ilə bağlı cinayət işi açıldı
    • 13-10-2021, 09:39
    • 437

Aeroport yolunda baş verən ağır qəza ilə bağlı cinayət işi açıldı

Heydər Əliyev Beynəlxalq Hava Limanı - Mərdəkan avtomobil yolunda 5 nəfərin ölümü ilə nəticələnən yol qəzası ilə bağlı cinayət işi açılıb.

News24.az xəbər verir ki, faktla bağlı Cinayət Məcəlləsinin 263.3-cü (ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, istintaq davam etdirilir.

Qeyd edək ki, bu gün səhər saatlarında baş verən qəzada yük maşını sərnişin avtobusuna çırpılıb. Nəticədə 5 nəfər ölüb, 21 nəfər isə xəsarət alıb.