Bakıda məşhur marketin adından DƏLƏDUZLUQ
    • 7-08-2023, 14:26
    • 380

Bakıda məşhur marketin adından DƏLƏDUZLUQ

"Bravo" Supermarketinin adından dələduzluq kampaniyası həyata keçirilib.

News24.az xəbər verir ki, "Bravo" Supermaketin ad gününü qeyd etmək üçün 10 avqust 2023-cü il tarixinədək səhifəyə "Ad günün mübarək" yazan hər kəsə hədiyyə çantaları, nağd pul və alış-veriş çeklərindən ibarət eksklüziv hədiyyələr təqdim olunacağı bildirilib.

Məlumata görə, dələduzlar saxta uduş kampaniyalarında iştirak üçün vətəndaşları ilk öncə paylaşımlara dəstək olmağa həvəsləndirir daha sonra müvafiq keçidlərə yönləndirməklə onların məlumatlarını ələ keçirilməsinə cəhd edirlər.

Qeyd edək ki, daha öncə də dələduzlar "Bravo" supermarketlər şəbəkəsinin adından saxta kampaniyalar həyata keçirmişdi. 

Qumral Əliyeva