-
- 7-08-2023, 15:13
- 560
Sabiq deputat yenidən HƏBS EDİLDİ
Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Beynəlxalq Bankı" ASC-nin vəzifəli şəxsləri ilə əlbir olaraq cinayət törətmiş Dünyamin Xəlilov və Azad Cavadovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
News24.az-ın məlumatına görə, hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən hazırlıq iclasında təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
Daha sonra dövlət ittihamçısı təqsirləndirilən şəxslər barəsində həbs qəti imkan tədbirinin seçilməsinin istəyib.
Təqsirləndirilən şəxslər və onların vəkilləri isə bildirib ki, hər iki təqsirləndirilən şəxs barəsində həbs hökmü var.
Hazırda onlar həbsdə olduqları üçün onlar barəsində həbs qəti imkan tədbiri seçilməsinə ehtiyac yoxdur.
Müşavirədən sonra məhkəməmə qərarı açıqlanıb. Qərara görə, təqsirləndirilən şəxslər barədə yenidən həbs qəti imkan tədbiri seçilib və iş üzrə məhkəmənin baxış iclası avqustun 21-nə təyin olunub.
Baş Prokurorluğun Mətbuat Xidmətinin məlumatında deyilir ki, istintaqla Dünyamin Xəlilov və Azad Cavadovun 2001-2015-ci illər ərzində "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin sabiq rəhbər vəzifəli şəxsləri ilə birgə sabit cinayətkar qrup yaradaraq rəhbərlik etdikləri "General Construction" və "Bakı Fındıq Emalı Müəssisəsi" məhdud məsuliyyətli cəmiyyətlərinin işçilərinə kreditlərin rəsmiləşdirilməsinə dair bankın vəzifəli şəxsinin verdiyi qanunsuz göstərişləri icra edib həmin şəxsləri bankın müxtəlif filiallarına göndərməklə adlarına rəsmiləşdirilmiş ümumilikdə 6 milyon 642 min manatdan artıq məbləğdə pul vəsaitini mənimsəmələrinə əsaslı şübhələr müəyyən edilib.
İş üzrə toplanmış sübutlar əsasında Dünyamin Xəlilov və Azad Cavadova Cinayət Məcəlləsinin 179.3.1 və 179.3.2-ci (mütəşəkkil dəstə tərəfindən və külli miqdarda mənimsəmə) maddələri ilə ittiham elan edilib, hazırda azadlıqdan məhrumetmə növündə cəza çəkmələri nəzərə alınmaqla barələrində qətimkan tədbiri seçilmədən cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Xatırladaq ki, bundan öncə Dünyamin Xəlilova qarşı iki məhkəmə hökmü qüvvədədir.
Milli Məclisin sabiq deputatı Dünyamin Xəlilov 2017-ci ilin iyulunda Bakı Ağır Cinayətlər Məhkəməsində "Azərbaycan Beynəlxalq Bankı" ASC-dən kredit götürüb qaytarmamaqda təqsirləndirilərək 13 il həbsə məhkum edilib.
Daha sonra 2019-cu ilin sentyabrında Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə mənimsəmədə təqsirləndirilən "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev, Dünyamin Xəlilov və digərlərinə hökm oxunub.
Bu iş üzrə Dünyamin Xəlilova 14 il 6 ay hökm elan olunub.
Dünyamin Xəlilov Bakıda tanınmış "Globus Plaza"nın sahibi olub. O, 2005-ci ildə Azərbaycan Beynəlxalq Bankının səhmdarı olub. 2005-2010-cu illərdə deputat olan Xəlilov hazırda həbsdə olan Azərbaycan Beynəlxalq Bankının sədri Cahangir Hacıyevin qohumu və işçisi idi. Cahangir Hacıyevə məxsus "Şəki Bazarı" və "Şəki Ət Kombinatı" ASC-ni uzun müddət Xəlilov idarə edib.
Samir Əli