Maşınla adam öldürüb qaçan 8 il sonra HƏBS EDİLDİ
    • 7-08-2023, 18:29
    • 477

Maşınla adam öldürüb qaçan 8 il sonra HƏBS EDİLDİ

Bakıda 8 il əvvəl ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən şəxs məhkəmə zalında həbs edilib.
 
News24.az-məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Şərif Mahmudova hökm oxunub. 

Məhkəmənin hökmü ilə o 5 il 6 ay azadlıqdan məhrum edilib. 

İttihama görə, təqsirləndirilən şəxs Ş.Mahmudov 2015-ci ildə Bakıda idarə etdiyi avtomobillə hərəkətdə olarkən yolu keçən piyadanı vurub qaçıb.

Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. 

Təqsirləndirilən şəxsin şəxsiyyət vəsiqəsi və qeydiyyat ünvanı olmadığından o 8 il məsuliyyətdən yayına bilib. 2023-cü ildə həmin şəxs  şəxsiyyət vəsiqəsi üçün ASAN xidmətə müraciət edərkən onun axtarışda olduğu üzə çıxıb. O hüquq mühafizə orqanları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. 

Məhkəmə istintaqı dövründə polisin nəzarəti altında olan təqsirləndirilən şəxs məhkəmə zalından həbs edilib. 

Samir Əli